Bakıda aptekə basqın edilib
22 Oktyabr 2012 14:17 KriminalBakının Sabunçu rayonu ərazisində aptekə basqın olub.Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, naməlum şəxs Bakı şəhər sakini Sevil Zakirovaya məxsus əczaxanaya soxularaq orada satıcı işləyən Qələm Şıxəliyevaya qarşı zor tətbiq edib. Naməlum şəxs satıcıdan 40 manat pul alaraq qaçıb.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Aydın Tağızadə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31