Bakıda uşaq bağçasında yanğın olub

Bakı şəhəri, Binəqədi rayonunda İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 500 kv.m olan 178 saylı uşaq bağçasında yanğn baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə baxçanın birinci korpusunun 1-ci mərtəbəsinin giriş qapısı 3 kv.m sahədə, mərtəbələrarası pilləkən qəfəsinə yığılmış əşyalar 3 kv.m sahədə və 6 ədəd elektrik açarı yanıb. Yanğın zamanı 6 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Məlumatda o da bildirilir ki, yanğın baş verən maxçada məcburi köçkünlər məskunlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31