DİN Beyləqan insidenti ilə bağlı açıqlama yaydı
22 Oktyabr 2012 13:58 KriminalAzərbaycanda insan ölümü ilə nəticələnən silahlı insident baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib . Hadisə oktyabrın 21-də Beyləqan rayonunda baş verib. Rayon sakini polisə zəng edərək, qəsəbə ərazisində 4-5 nəfər arasında mübahisə olması, onlardan birinin atəş açaraq digərini yaraladıqdan sonra "VAZ-2106" və 2 ədəd "Niva" markalı avtomaşınlarda getmələri barədə məlumat verib. Araşdırmalar zamanı müəyyən edilib ki, Beyləqan şəhər sakini Ruhi Mahmudov, Mahir Əliyev, Mahir Hüseynov, Vasif Əsədov və Natiq Muradxanovun qəsəbə ərazisində ov edərkən, oraya Beyləqan rayon Ovçular Cəmiyyətinin sədri Allahyar Süleymanov və onunla birgə olan Ruslan Alxanov və Əbülfət Cəfərov gəliblər. E.Süleymanov onlardan tüfənglərini təhvil vermələrini tələb edib. Tələb yerinə yetirilmədiyindən A.Süleymanov tüfəngi dartıb almağa cəhd göstərərkən atəş açılıb. Nəticədə, A.Süleymanov aldığı xəsarətdən ölüb, R.Alxanov və Ə.Cəfərov xəsarət alıblar.