Azərbaycanda partlayış: 4 nəfər yaralandı
22 Oktyabr 2012 13:57 KriminalBalakəndə evdə partlayış olub, xəsarət alanlar var.Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Balakən rayonu, Sarıbulaq kəndində (rayon mərkəzindən 13 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan 3-otaqlı evin mətbəxində qaz sızmasından partlayış baş verib.
Yanğın hadisəsi olmayıb. Partlayış nəticəsində 4 nəfər ev sakini yanıq xəsarətləri alıb və xəstəxanaya aparılıblar. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31