İkiqat Azərbaycan çempionu öz maşınında güllələndi
21 Fevral 2016 15:00 KriminalDünən gecə Gəncədə güllələnən Elmir Cəlilov kikboks üzrə ikiqat Azərbaycan çempionu imiş.
Bu barədə deputat, Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev Facebook-da yazıb. O, gənc idmançının ölümünün səbəbini açıqlamayıb.
Azərbaycan Kikboksinq Federasiyası mərhum idmançının ailəsinə başsağlığı verib.
Musavat.com xatırladır ki, hadisə Gəncənin Əttarlar küçəsində, "Kəpəz" mehmanxanasının qarşısında baş verib. Elmir Cəlilov öz avtomobilində güllələnib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31