Bakıda heroin aludəçisi tutuldu

Bakıda 32 yaşlı narkotik aludəçisi həbs edilib. Qafqazinfo bildirir ki, şübhəli şəxsin üzərinə baxış zamanı ondan narkotik vasitə aşkar olunub. Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Nazim Hacıyev saxlanılıb. Onun üzərindən 0,216 qram heroin götürülüb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31