Keçmiş Komitə sədrinin qardaşı saxlanıldı
19 Fevral 2016 16:06 Kriminalİşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri Elçin Behbudovun qardaşı saxlanılıb. Modern.az bildirir ki, Elnur Behbudov qatarda bələdçi işləyib. O, özünü polis əməkdaşı kimi təqdim edərək müəyyən məbləğ müqabilində insanları işə düzəldəcəyinə dair təminat verirmiş. Hadisə bir neçə dəfə təkrar olunduğundan hüquq-mühafizə orqanları onun izinə düşüb. Yaxınlarının verdiyi məlumata görə E.Behbudov Yasamal Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hazırda istintaq tədbirləri həyata keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31