Oğurluqla məşğul olan şəxslər ifşa edilib

DİN-dən verilən məlumata görə, Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də şəhər sakini Faiq Əliyevə məxsus evdən 1150 manat və sənəd oğurlamış həmyerlisi Ruslan Cəfərov tutulub. Həmçinin Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhərində yaşayan Elşən Əsədliyə məxsus mağazadan 100 manat və tütün məmulatı oğurlayan şəxslər müəyyən edilib. Hadisəni törətmiş Zaqatala rayon sakinləri Yaşar Səlimov, Namiq Mirzəyev və Salyan rayon sakini Xəyal İsmayılov tutulublar. Ətraflarında aparılmış tədbirlərlə onların həmin gün şəhər sakinləri Azər Balammədova və Sahib Rəhimova məxsus mağazalardan pul, tütün məmulatı, spirtli içki və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31