Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mehdi Məmmədov, Bahəddin Ələkbərov və Camal Allahverdiyevin cinayət işi üzrə məhkəmən prosesi başa çatıb. Məlumata görə, məhkəmənin hökmünə əsasən, Mehdi Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən şəxslər barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) maddəsi i ilə ittiham olunublar. Mehdi Məmmədov dələduzluqla yanaşı xuliqanlıqda da ittiham olunur. Apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31