Bakıda avtobus sürücülərinin "yol dərdi" VIDEO

Bakıda bu il ərzində avtobus sürücüləri tərəfindən törədilmiş yol qəzalarında 29 nəfər ölüb, 96 nəfər xəsarət alıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, avtobus sürücüləri tərəfindən törədilmiş 51 yol qəzasının 16-sı (5 ölüm, 23 xəsarət) fiziki şəxslərə, 35-i (24 ölüm, 73 xəsarət) hüquqi şəxslərə məxsus avtobus sürücülərinin təqsiri səbəbindən baş verib.Hesabat dövründə paytaxtda 1726 sərnişindaşıma qaydalarının pozulması faktı müəyyən olunub.Bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31