Suraxanıda taxta sexi və 3 otaqlı ev yanıb

Yaxınlıqdakı evlər mühafizə edilib

Suraxanı rayonunda genişmiqyaslı yanğın təhlükəsi yaranıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan taxta sexinin yanar konstruksiyaları 300 kv.m sahədə yanğın baş verib. Yanğın sexə bitişik ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 3 otaqlı evi də əhatə edib. Nəticədə sexin və evin yanar konstruksiyaları yanıb. Evin və sexin qalan hissələri, yaxınlaqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31