Xarici vətəndaşlara qarşı quldurluq edən şəxsə hökm oxunub
19 Fevral 2016 11:50 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xarici vətəndaşlarına qarşı quldurluq edən Namaz Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə, məhkəmənin hökmü ilə Namaz Bəkirov 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Bakıda keçirilən I Avropa Oyunları zamanı 17 yaşlı Namaz Bəkirov Bakıda əməliyyat komitəsinin əməkdaşları olan Avstraliya və Böyük Britaniya vətəndaşlarına qarşı quldurluq edib. O, zərərçəkmiş şəxslərdən 800 manat pul alıb. APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31