Düz bağırsağında tiryək və heroin aşkarlandı
22 Oktyabr 2012 11:54 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Məhərrəm Ələkbərovun üzərinə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, onun üzərində aparılan şəxsi yoxlama zamanı, həkim müayinəsi nəticəsində daxili orqanından (düz bağırsağından) 3 ədəd yumru-uzunsov formalı bağlamada, ümumi xalis çəkisi 59,373 qram heroin və ümumi xalis çəkisi 70,627 qram tiryək aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31