DİN qalmaqallı videogörüntüdə adı keçən polis əməkdaşının işdən qovulması barədə məlumatı şərh edib
22 Oktyabr 2012 11:44 KriminalABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu video görüntüdə adı keçən polis əməkdaşı bir neçə il əvvəl işdə yol verdiyi ciddi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilib.Bunu Trend-ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov deyib.Xidmət rəhbəri bildirib ki, onunla bərabər, məxfi idarənin bir neçə əməkdaşı da eyni əməllərə görə daxili işlər orqanlarından qovulub.Gözəlov bildirib ki, videogörüntüdəki polis əməkdaşı məxfi idarədə çalışdığı üçün onun adı açıqlanmır.Xatırladaq ki, sosial şəbəkələrin birində Abdullayevin qardaşı Mahir Abdullayevin yoxa çıxması mövzusunda DİN 7-ci şöbəsinin əməkdaşları ilə söhbətini əks etdirən gizli videoçəkilş yayılıb. Həmin video görüntüdə DİN-in əməkdaşı Abdullayevin nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığını bildirib.