Elşad Abdullayevlə görüşən DİN əməkdaşı işdən çıxarılıb

ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı sonuncu video görüntüdə adı keçən polis əməkdaşı işdən qovulub.Daxili İşlər Nazirliyinin əvvəllər 7-ci şöbə adlanan xüsusi idarəsinin əməkdaşı Abbasquliyev familiyalı əməkdaşı əməlinə görə daxili işlər orqanlarından uzaqlaşdırılıb.DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyərək bildiriblər ki, həmin videoda adı keçən Abbasquliyev artıq daxili işlər orqanlarında çalışmır.Onu da əlavə edək ki, video görüntüdəki polis əməkdaşı məxfi idarədə çalışdığı üçün onun adı açıqlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31