Türkiyə vətəndaşından 12000 dollar aşkar edilib

İstanbula uçmaq istəyən Türkiyə vətəndaşının üzərindən külli miqdarda dollar aşkarlanıb. Bu barədə Gömrük Komitəsinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gələn Türkiyə vətəndaşı Taşkın Murat Mehmet Kamil gömrük nəzarətindən keçən zaman bəyannamə təqdim etməyib. Şübhə doğuran M.Taşkının üzərində şəxsi yoxlama aparılıb. Nəticədə, onun şalvarının ciblərindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmamış cəmi 12000 ABŞ dolları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31