Üç yaşlı uşaq kanala düşərək boğulub

İmişli rayonunda azyaşlı uşaq kanala düşərək ölüb. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildirilib ki, fevralın 17-də İmişli rayonunun Oruclu kənd sakini, 3 yaşlı Mələk Mənsimova yaşadığı evin yaxınlığından keçən "Şor" su kanalına düşərək boğulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31