Hacıqabul rayon sakinind odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhər sakini Mübariz Abbasovdan "AK" markalı avtomat, patron darağı və 12 ədəd patron götürülüb. Onun əvvəllər məhkum olduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31