Kassadan pul oğurlayan 6 aydan sonra ələ keçdi
18 Fevral 2016 15:54 KriminalÖtən il sentyabrın 21-dən cari il fevralın 17-dək olan müddətdə Nəsimi rayonu ərazisindəki "Royal Ekspress" MMC-nin kassasından 2555 manat və 1050 dollar pul oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyən Lerik rayon sakini Vüqar Xosrofov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31