İranda qaçaqmalçılardan iki tona yaxın narkotik vasitə tutulub

Narkotik vasitələrin İrana giriş marşrutu və ehtimal olunan ixrac istiqaməti müəyyənləşdirilir

AzərTAc xəbər verir ki, İranın Sistan və Bülecestan vilayətində polisin keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində qaçaqmalçılardan iki tona yaxın narkotik vasitə tutulub. Eyni istiqamətdə hərəkət edən avtomobil karvanından aşkar olunmuş narkotik vasitələrin bir ton 672 kiloqramı tiryəkdir.İlkin ehtimala görə, müsadirə edilmiş narkotiklər ölkə ərazisində tranzit hərəkətdə olub.Narkotik vasitələrin İrana giriş marşrutu və ehtimal olunan ixrac istiqaməti müəyyənləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31