İlhamə Quliyevanın həbsdə olan köməkçisinin apellyasiya şikayəti təmin edilməyib
17 Fevral 2016 16:01 KriminalBu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti İlhamə Quliyevanın həbsdə olan köməkçisi Mehriban Hüseynovanın apellyasiya şikayətinə baxılıb. Vəkil Vasif Mirzəyev APA-ya bildirib ki, məhkəmə şikayəti təmin etməyib.
Qeyd edək ki, fevralın 13-də Səbail rayon Məhkəməsinin qərarı ilə Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Apellyasiya şikayəti həmin qərardan verilib. M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31