4 otaqlı tikili külə dönüb, digərləri mühafizə olunub

Ağdam rayonunda ümumi sahəsi 270 kv.m olan birmərtəbəli taxta tikili yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə 4 otaqlı tikilinin yanar konstruksiyaları tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31