Qayıqdakı çəlləkdən dağılan yanacaq od tutub
17 Fevral 2016 12:20 KriminalBakı şəhəri, Səbail rayonunda dənizin sahilində dayanmış ümumi sahəsi 15 kv.m olan qayığın içərisinə yığılmış, hər biri 200 litr olan 9 ədəd yanacaqla dolu çəlləkdən 2 kv.m sahəyə dağılmış yanacaq yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qayıq və yanacaq çəlləkləri yanğından mühafizə olunub. Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31