Sabunçuda 6 otaqlı villa yanıb

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m (hər mərtəbəsi 110 kv.m) olan ikimərtəbəli 6 otaqlı bağ evinin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı digər bağ evləri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31