İstirahət mərkəzindən oğurluq etmiş şəxs tutulub
16 Fevral 2016 14:38 KriminalBinəqədi rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də rayon ərazisindəki istirahət mərkəzlərinin birindən 300 metr elektrik naqili və məişət əşyaları oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cabir Mustafayev tutulub. Ondan 6,99 qram marixuana götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31