Kafe işçisinin telefonunu alanlar saxlanıb
16 Fevral 2016 14:35 KriminalNəsimi rayonu ərazisində yerləşən kafelərdən birində 2 nəfər naməlum şəxs orada işləyən Qazax rayon sakini Elnur Məmmədovun mobil telefonunu açıq talama yolu ilə alıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Füzuli rayon sakini Təbriz Qarayev və Ucar rayon sakini Ruslan Ələkbərli tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31