Məhkuma üzqırxan köpüyünün içərisində telefon ötermək istədi

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1.2, 264 maddələrinə əsasən həbs olunmuş şəxs Həsənov Camaləddin Teyyub oğlunun qohumu, Zərdab rayon sakini vətəndaş Salikov Əlrza Sərkar oğlunun gətirdiyi sovqata baxış keçirilib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məəlumata görə, baxış zamanı "ARKO MEN" üzqırxan köpüyünün içərisindən xüsusi üsulla gizlədilmiş 1 ədəd qara rəngli "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31