Beyləqanda 6 yaşlı oğlunun başını kəsərək qətlə yetirən ata tutulub
16 Fevral 2016 13:03 KriminalBeyləqan rayonunda 6 yaşlı oğlunun boğazını kəsərək öldürən ata saxlanılıb. APA-nın yerli bürosunun xəbərinə görə, Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərov tutularaq rayon prokurorluğuna gətirilib.
Qeyd edək ki, Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib. Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş. Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31