Beyləqanda ata 6 yaşlı oğlunu niyə öldürdü?
16 Fevral 2016 12:06 KriminalDünən Beyləqan rayonunda baş vermiş dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Yuxarı Kəbirli kəndində 6 yaşlı oğlunu amansızlıqla öldürən Zahid İsgəndərov bir müddət əvvəl həyat yoldaşından ayrılıbmış. Onların iki övladı olub. 6 yaşlı oğlan və ondan kiçik olan qız uşağı. Belə ki, Cəbrayıl rayonundan məcburi köçkün olan Mahirə adlı qadınla nikahı pozulduqdan sonra 6 yaşlı Ümid atası ilə, onun qızı isə anası ilə qalıb. Lakin münaqişələr bununla bitməyib. Z.İsgəndərov dəfələrlə keçmiş qayınatasının evinə gələrək onları ölümlə hədələyirmiş. Dünən kəskin psixoloji vəziyyətdə Z.İsgəndərov əvvəlcə 6 yaşlı oğlunu öldürüb, daha sonra isə keçmiş həyat yoldaşını qətlə yetirmək üçün onların evinə gedib. Qohum-qonşu yığışaraq onun qadını öldürməsinə mane olub və yaxalanacağını görüən Z.İsgəndərəv qaçıb. Hazırda Z.İsgəndərovun tutulması istiqamətində iş aparılır.