Bakıda ŞOK OLAY: yeni ailə quran moldovalı qız özünü öldürdü
Gənc qız ailəsi ilə birgə həmin ünvanda kirayə yaşayırmış
16 Fevral 2016 11:59 KriminalBakıda Moldova vətəndaşı olan 23 yaşlı qızın intiharı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, özünü çoxmərtəbəli binanın 5-ci mərtəbəsindən ataraq intihar edən Quriya Qlafira evli olub. Təxminən 1 il əvvəl moldovalı gənclə ailə quran Quriya ailəsi ilə Bakıya gəlib və Xətai rayonu ərazisində kirayə tutduqları mənzildə yaşamağa başlayıb. Bildirilir ki, Q.Qlafiranın yaşadığı ailədə xeyli sıxlıq var imiş. Kirayə tutulan mənzildə gənc ailə ilə yanaşı Quriyanın qayınanası və bir neçə digər qohumları da yaşayırmış. Onlar Bakıda xırda ticarətlə, xüsusi ilə ətir alveri ilə məşğul olurmuş. Sözügedən ailə rus dilində bilmədiyindən olayla bağlı hələlik müfəssəl məlumat toplamaq mümkün olmayıb. Araşdırmalar davam etdirilir.
***
Bu gün Bakıda xarici ölkə vətəndaşı intihar edib. Lent.az xəbər verir ki, hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsi 29/44 ünvanında baş verib. Həmin ünvanda yerləşən 14 mərtəbəli binanın 5-ci mərtəbəsində kirayə yaşayan Moldova vətəndaşı, 1993-cü il təvəllüdlü Quriya Qlafira özünü eyvandan ataraq intihar edib. O, hadisə yerində ölüb. Faktla bağlı Xətai rayon Prokurorluğunda araşdırma aparılır.