Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə binanın üçüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin 1 otağında kondisioner, televizor yanmış və otağın döşəməsi 1 kv.m sahədə qarsalanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın saat 04:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31