Bakıda qısqanc ər özündən 13 yaşlı kiçik arvadının qanını tökdü

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

Bu gecə Bakının Suraxanı rayonunda daha bir bıçaqlanma hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun A. Rzayev küçəsi, 53 ünvanında yaşayan 46 yaşlı ər özündən 13 yaşlı kiçik arvadını bıçaqlayıb.Belə ki, 1966-cı il təvəllüdlü Vahid Hüseyn oğlu Abbasov arvadı 1979-cu il təvəllüdlü Afaq Adil qızı Məmmədovanı bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Hadisəni törədən Vahid Abbasovu polis saxlayıb. Onun arvadını qısqanclıq üzündən bıçaqladığı məlum olub.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31