Beyləqan belə qan görməmişdi: ata 6 yaşlı oğlunun boğazını kəsərək öldürüb

Beyləqanda dəhşətli qətl törədilib.Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31