Dələduzluğu qadına baha başa gəldi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xanım İbrahimovanın cinayət işi üzrə məhkəmə başa çatıb. Report bildirir ki, hakim İradə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə X.İbrahimova 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, X.İbrahimova vətəndaşların pulunu dələduzluq yolu ilə əldə edərək, qaytarmayıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31