Qətl törədənlər axtarılır

Sabunçu rayonunda qətl hadisəsi törədilib. DİN-dən verilən məlumata görə, fevralın 14-də Sabunçu rayonunun Albalılıq bağlar sahəsində yaşayan Həmid Məmmədrəsuloğlunun küt alətlə qətlə yetirilmiş meyiti evinin həyətində tapılıb. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31