Mağazalara qənim kəsilən 7 nəfərlik dəstə ifşa olunub

Fevralın 12-nə keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Elşən Rəfiyevə məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə tütün məmulatı oğurlanıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Faiq Mikayılov, Namiq Qurbanov, Anar Kərimov, Sumqayıt şəhər sakinləri Telman Əhmədov, Nizami Bayramov, Yaqub Qəniyev və əvvəllər məhkum olunmuş Məhəbbət Əhmədov tutulublar. Onların fevralın 12-də Şahmalı Əlizadəyə məxsus mağazadan 740 manat, ərzaq məhsulları və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31