Qadını qətlə yetirənlər ələ keçiblər
15 Fevral 2016 15:03 KriminalAğcabədidə qətl törədən şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakinləri Cəlal Məsimov və Samir İsayev tutulublar. Faktla bağlı araşdırma aparılır. Xatırladaq ki, fevralın 10-da Ağcabədi şəhərində yaşayan Kamilə Əhmədovanın küt alətlə qətlə yetirilmiş meyiti mənzilində tapılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31