Məhkəmə "Aztelekom" MMC-nin keçmiş baş direktoru ilə bağlı qərar verdi

"Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Report bildirir ki, prokurorluğun müvafiq vəsatətinə Binəqədi Rayon Məhkəməsində baxılıb və M.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 3 ay artırılıb.

Qeyd edək ki, M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. O, keçən il noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilmiş yoxlamalar nəticəsində saxlanılıb. Daha sonra məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31