Moskvada restorandakı kütləvi davaya Rəqsanənin adı qarışdı

Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Qız Qalası" restoranında kütləvi dava olub.

baku.ws-un  məlumatına görə, dava sonda bıçaqlanma ilə nəticələnib. Hadisə nəticəsində 2 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Polis dava salan şəxsləri axtarır. Həmin şəxslərin hadisə yerindən gümüşü rəngdə "Toyota" markalı avtomobillə uzaqlaşdıqları bildirilir.

"Qafqazinfo"ya "Qız Qalası" restoranı ilə bağlı maraqlı məlumat daxil olub. Belə ki, sözügedən restoranın azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşına aid olduğu məlum olub. İfaçının əri hazırda Moskvada tanınmış iş adamlarındandır.

Rəqsanə İsmayılova bu məlumatı təkzib edib. Müğənni "Qafqazinfo" ilə əlaqə saxlayaraq bildirib ki, restoranın onun həyat yoldaşına aid olması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31