Daxili İşlər Nazirliyi “DəmirBank”ın ofisinə edilən basqınla bağlı məlumat yaydı
13 Fevral 2016 20:23 KriminalDaxili İşlər Nazirliyi Bakıda banka edilən basqınla bağlı məlumat yayıb.Virtualaz.org saytı nazirliyin məlumatına əsasən xəbər verir ki, fevralın 11-də saat 23 radələrində Binəqədi rayonunun Ş.Məmmədova küçəsindəki "DəmirBank" ASC-dən Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.Dərhal hadisə yerinə gəlmiş Binəqədi rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərmiş paytaxt sakini Elxan Məsimov saxlanılıb və 5-ci Polis bölməsinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31