Ağır yol qəzasında 10-dan çox adam öldü

Hindistanın şimal-şərqindəki Bihar ştatında yol qəzası nəticəsində ən azı 11 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Report xarici KİV-ə istinadən xəbər verir ki, hadisə onları qoşquda gətirən yedəkçinin yük maşını ilə toqquşması nəticəsində baş verib. Yük avtomobili yüksək sürətlə hərəkət etdiyindən yedəkçi qəzadan qaça bilməyib.
Ölənlər arasında 5 qadın və 1 uşaq da var. Ciddi yaralanan iki nəfər isə ştat hospitalına çatdırılıb.

İnsanlar dini mərasimdən qayıdırmışlar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31