Bu gün İlhamə Quliyevanın keçmiş köməkçisinin məhkəməsidir

Bu gün saat 12-də İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın Səbail Rayon Məhkəməsində həbsinin uzadılması məsələsinə baxılacaq. musavat.com  bildirir ki, bu barədə M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib. Vəkil bildirib ki, M. Hüseynovanın həbs qəti imkan tədbirinin müddəti bitir: "Qapalı məhkəmə iclası olacaq, prosesə hakim Aytən Əliyeva baxacaq".V.Mirzəyev deyib ki, məhkəmədən sonra zəng edib məlumat verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31