Oğurluğun üstü 2 aydan sonra açıldı

Cari ilin yanvar ayında Xəzər rayonunda baş vermiş oğurluğun üstü açılıb. DİN-dən verilən məlumata görə, RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Bakı şəhər sakini Vasif Eminovun evindən qızıl əşyalar oğurlamış həmyerliləri Elçin Məmmədov və Süleyman Axundov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31