İrandan narkotik vasitə keçirən Azərbaycan vətəndaşı saxlanılıb

İrandan düz bağırsağında narkotik vasitə keçirən Azərbaycan vətəndaşı saxlanılıb.Trend-in Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Məhərrəm Ələkbərovun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı həkim müayinəsi nəticəsində onun daxili orqanından (düz bağırsağından) 3 ədəd yumru-uzunsov formalı bağlamada, ümumi xalis çəkisi 59,373 qram heroin və ümumi xalis çəkisi 70,627 qram tiryək aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31