Rauf Mirqədirovun apellyasiya şikayətinə fevralın 18-də baxılacaq
12 Fevral 2016 15:27 KriminalJurnalist Rauf Mirqədirovun barəsində hökmdən apellyasiya şikayəti üzrə keçiriləcək məhkəmənin vaxtı açıqlanıb. Jurnalistin vəkili Fuad Ağayev APA-ya açıqlamasında bildirib ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Abid Abdinbəyovun icraatına verilib. Vəkil qeyd edib ki, məhkəmənin ilkin baxış iclası fevralın 18-i saat 15.00-a təyin edilib.
Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31