Bakıda dələduzluqda təqsirləndirilən qadının məhkəməsi başlayıb
12 Fevral 2016 11:46 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Esmira Bayramovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib.
Qeyd edək ki, ötən il oktyabr ayında Binəqədi rayon 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1963-cü il təvəllüdlü Esmira Bayramova tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31