Piterdə azərbaycanlını güllələdilər
12 Fevral 2016 11:29 KriminalRusiyann Sankt-Peterburq şəhərinin Nevsk rayonunda 53 yaşlı azərbaycanlı güllələnib.Virtualaz.org Peterburq KİV-lərinə istinadn xəbər verir ki, hadisə fevralın 12-də gecə baş verib. Gecə yarısı Podvoysk küçəsindəki 14 saylı binanın sakinləri güllə səslərinə küçəyə çıxıblar və yaxınlıqda yıxılıb qalmış kişini görüblər. Məlum olub ki, bu, 43 yaşlı Azərbaycan vətəndaşıdır. Ancaq şəxsin kimliyi göstərilmir. Naməlum şəxslər onun ürəyindən və başından güllələyərək öldürüblər. Cinayətkar silahı da özüylə aparıb və ətrafdakılardan heç kim onu görə bilməyib. Bununla belə şahidlər cinayətkarların ağ rəngli avtomobildə olduqlarını deyiblər. Öldürülən şəxs ötən ilin dekabrında həbsdən çıxıbmış.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31