Avtomobil oğruları saxlanıb
11 Fevral 2016 17:43 KriminalCari il yanvar ayının 10-dan fevral ayının 10-dək olan müddətdə Binəqədi rayonunun Xocəsən qəsəbəsindəki dayanacaqlardan birindən BMC markalı 3 avtomobildən akkumulyator oğurlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Amid Babayev tutulub. Eyni zamanda, Səbail RPİ 8-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da Bakı şəhər sakini Rafiq Ələsgərova məxsus avtomobildən oğurluq etmiş paytaxt sakini Elçin Xəlilov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31