Avtomobil vuran piyada ölüb

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqlıiyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, fevralın 10-da saat 14 radələrində Tovuz rayonunun Aşağı Quşçu kəndində Qovlar şəhər sakini Elçin Allahverdiyev idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmyerlisi Eşqin Ələkbərovu vurub. O, hadisə yerində ölüb. Tovuz RPŞ tərəfindən araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31