Suraxanıda nəşr sexi yanıb
10 Fevral 2016 18:36 KriminalBakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində yerləşən nəşr sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə sexin 1 otağının yanar konstruksiyaları 10 kv.m və dəhlizinə yığılmış dəftər ləvazimatları 4 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31